Suriya böyük itki - İran prezidenti İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın və onların yoldaşlarının xidməti vəzifələrini yerinə yetirərkən qəza nəticəsində həlak olması ilə əlaqədar dost İran xalqının kədərini bölüşür.
Qaziler.az xəbər verir ki, bu barədə ölkənin hakimiyyət orqanları məlumat paylaşıb.
“Suriya hökuməti üç günlük milli matəm elan edir və bu müddət ərzində bütün Suriya ərazisində, eləcə də xaricdəki bütün səfirlik və diplomatik qurumlarda milli bayraqlar yarıya endiriləcək”, - məlumatda qeyd edilib.
Qeyd edək ki, Pakistan da bu münasibətlə 3 günlük matəm elan edib.
QAZİLER.AZ