Çində 45 yaşlı qadın məktəbdə iki nəfəri öldürüb, yaralılar var

Çində 45 yaşlı qadın məktəbdə iki nəfəri öldürüb, yaralılar var backend

Mayın 20-də Çinin şərqindəki Çzyansi əyalətinin Quysi şəhərində ibtidai məktəbə hücum nəticəsində iki nəfər ölüb, 10 nəfər yaralanıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.

Məlumata görə, şəhərin ictimai təhlükəsizlik bürosu yaralanan 10 nəfərdən altısının hücumdan qaçmağa çalışarkən yüngül xəsarətlər aldığını bildirib. Polisin nəzarətində olan şübhəlinin Pan soyadlı 45 yaşlı qadın olduğu müəyyən edilib.

QAZİLER.AZ

Diaspora