Rusiya prezidenti Vladimir Putin Aleksandra Levitskayanı müşaviri vəzifəsindən azad edib.
Qaziler.az “Nyus.ru”ya istinadla bildirir ki, o, bu vəzifəni 2013-cü ildən tutur.
Levitskayanın işdən çıxarıldıqdan sonra nə edəcəyi hələlik məlum deyil.
Sərəncamda deyilir ki, Aleksandra Yuryevna Levitskaya Rusiya Federasiyası Prezidentinin müşaviri vəzifəsindən azad edilsin.
Putinin müşaviri vəzifəsinə başlamazdan əvvəl Levitskaya Rusiya hökuməti aparat rəhbərinin birinci müavini, İqtisadi İnkişaf Nazirliyinin rəis müavini, səhiyyə və sosial inkişaf nazirinin müavini olub.
QAZİLER.AZ