Birləşmiş Ştatlar hərbi əməkdaşlıq müqaviləsini xitam verərək qoşunlarını sentyabrın ortalarına qədər Nigerdən çıxaracağını açıqladı.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, ABŞ və Niger tərəflərinin imzaladığı bəyannamədə Vaşinqton və Niamey rəhbərliyinin çəkilmə ilə bağlı əldə etdiyi ortaq qərara uyğun olaraq, Nigerdə yerləşən Amerika əsgərlərinin ən geci sentyabrın 15-dək ölkəni tamamilə tərk edəcəyi qeyd edilib.
Keçən həftə ABŞ nümayəndə heyəti Nigerə getdi və qoşunların çıxarılması prosesini təfərrüatlandırmaq üçün Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşüb.
Niger martın 17-də ABŞ ilə 12 il əvvəl imzaladığı hərbi əməkdaşlıq müqaviləsini ləğv etdiyini açıqlayıb və ABŞ əsgərlərinin tezliklə ölkəni tərk etmələrini tələb edib.
Aprel ayında ABŞ dövlət katibinin müavini Kurt Kempbell ilə Nigerin baş naziri Əli Lamin Zeyn arasında Vaşinqtonda keçirilən görüşdən sonra ABŞ tərəfi qoşunlarını geri çəkməyə və Aqadez şəhərindəki pilotsuz uçuş aparatları bazasını bağlamağa razılaşıb.
QAZİLER.AZ