Slovakiyanın Baş naziri Robert Fiko F.D. Ruzvelt Universiteti Xəstəxanasında tibb işçilərinin nəzarəti altındadır.
Qaziler.az bildirir ki, bu barədə “Aktuality” xəbər verir.
Ruzvelt Xəstəxanası bazar ertəsi səhər Baş nazir Robert Fikonun hazırkı vəziyyəti ilə bağlı qısa açıqlama verdi.
"Bugünkü konsultasiyadan sonra xəstənin vəziyyəti stabildir. Vəziyyəti kliniki cəhətdən yaxşılaşır, ünsiyyət qurur, iltihab göstəriciləri yavaş-yavaş azalır", - həkimlər bildiriblər.
Baş nazirin başqa tibb müəssisəsinə köçürülməsi məsələsinə hələlik baxılmır.
Mayın 15-də slovak yazıçı Juraj Çintula Slovakiyanın baş naziri Robert Fikonu öldürməyə cəhd edib. Siyasətçi tapançadan təxminən 5 dəfə atəş açıldıqdan sonra helikopterlə xəstəxanaya aparılıb.
QAZİLER.AZ