Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin lider olduğu “Vahid Milli Hərəkat” Partiyasının altı ofisinə basqın olub. Publika.az Gürcüstan mediasına istinadən xəbər verir ki, hadisəyə görə bir nəfər saxlanılıb. Zərərçəkənlər haqqında informasiya yoxdur. Hadisə oktyabrın 19-da “Vahid Milli Hərəkat” Partiyasının Kutaisi, Qori, Batumi və Ozurqeti şəhərlərindəki ofislərində baş verib.
Oktyabrın 20-də isə partiyanın Poti şəhərindəki ofisinə təxminən 10 nəfər hücum edib. Ofis binasının üstünə yumurtalar və pomidorlar atılıb. Ofisdən polisə zəng vurulsa da, hadisəyə görə heç kəs saxlanılmayıb.Qeyd edək ki, Mixail Saakaşvilinin tərəfdarlarını birləşdirən partiya 2012-ci ilin oktyabrına qədər iqtidarda idi. “Gürcü arzusu” koalisiyası parlament seçkilərində qalib gələrək Saakaşvilinin təxminən 10 illik iqtidarına son qoyub.