Almaniya MN Ukrayna üçün 3.8 milyard avro tələb edir

Almaniya MN Ukrayna üçün 3.8 milyard avro tələb edir backend

Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım göstərmək üçün hökumətdən əlavə 3,8 milyard avro istəyib.

QAZILER.AZ  Axar.az-a istinaden xəbər verir ki, Almaniya Müdafiə Nazirliyi bu maliyyə ilində Ukraynaya yardım üçün əlavə 3,8 milyard avroya ehtiyac olduğunu bildirib.

Bildirilib ki, Almaniya hökumətinin bu il Kiyevə hərbi dəstək üçün ayırdığı 7,1 milyard avrodan demək olar ki, hər şey paylanıb, yeni silah və ya sursatların alınmasına isə cəmi 300 milyon vəsait qalıb.

Almaniya müdafiə naziri Boris Pistorius mayın 15-də kansler Olaf Şolz, mayın 16-da isə maliyyə naziri Kristian Lindnerlə görüşüb. Əlavə vəsait tələbi iyun ayında təsdiq üçün parlamentə təqdim edilməlidir.

 

Diaspora