Cərrah həkimlərin müalicədə uğur qazanması məqsədilə "Rəqəmsal əkiz" texnologiyası yaxın gələcəkdə bütün bədənə tətbiq oluna və kütlələrə təqdim ediləcək xidmətə çevrilə bilər.
QAZILER.AZ Publika.az-a istinaden xəbər verir ki, professor Nataliya Trayanova deyib ki, bu optimal cərrahi proses xəstəyə zərər vermədən tətbiq edilə bilər:
“Ürək ritmi pozulan 80 yaşlı xəstənin maqnit rezonans görüntülərindən (MRT) istifadə edərək yaratdıqları üçölçülü model cərrahi əməliyyatın uğurlu nəticələrini dəqiq proqnozlaşdırıb. Məqsəd bütün bədəni xəritələşdirmək üçün bu texnologiyanı inkişaf etdirmək və geniş auditoriyaya təklif etməkdir.
Qeyd edək ki, 2023-cü ildə araşdırmalar aparan bir şirkətin hesabatına görə, önümüzdəki 10 ildə bu tətbiq bazar həcmini davamlı olaraq artıracaq və 2028-ci ildə 21,1 milyard dollar dəyərə çatacaq.