Qırğızıstan Daxili İşlər Nazirliyi ölkə sakinlərini icazəsiz aksiyalarda iştirak etməməyə çağırıb.
QAZILER.AZ Axar.az-a istinaden xəbər verir ki, bu barədə ölkə DİN-i vətəndaşlara xəbərdarlığında bildirib.
"Paytaxtda baş verən son hadisələrlə bağlı Qırğızıstan Daxili İşlər Nazirliyi vətəndaşları, xüsusən də gəncləri icazəsiz aksiyalarda iştirakdan çəkinməyə və qanunsuz hərəkətlərin törətdiyi fəsadları unutmamağa çağırır", - məlumatda vurğulanıb.
Qeyd edək ki, Qırğızıstanın paytaxtında hostellərdən birində yerli sakinlərlə əcnəbilər arasında yaranmış münaqişə səbəbindən mayın 17-dən 18-nə keçən gecə kortəbii etiraz aksiyası və qarşıdurma baş verib.