Yaponiya parlamenti boşanmış valideynlərə övladlarının birgə qəyyumluğu seçiminə icazə verən qanun layihəsini qəbul edib və bu, son 77 ildə valideyn səlahiyyətləri ilə bağlı ilk qanun dəyişikliyi olub.
QAZILER.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, ölkənin Mülki Məcəlləsinə və digər qanunlara yenidən baxılmasına dair qanun layihəsi Yaponiya parlamentinin yuxarı palatası tərəfindən təsdiqlənib.
Qanunvericiliyə əsasən, valideynlər boşandıqdan sonra övladlarının birgə və ya tək qəyyumluğunu seçmək məsələsini müzakirə edə biləcəklər. Mübahisə olarsa, ailə məhkəməsi işə qarışaraq qəyyumluqla bağlı qərar qəbul edəcək. Valideynlərdən hər hansı biri tərəfindən məişət zorakılığı və ya sui-istifadə hallarında şübhəli bilinirsə, qəyyumluq digər valideynə veriləcək.
Yenidən işlənmiş qanun dərc edildiyi gündən iki il ərzində qüvvəyə minəcək və artıq boşanmış şəxslərə də şamil ediləcək.