Rusiya ordusu bu gün axşam saatlarında Xerson vilayətində Stanislavı vurub və Novotroitsk kənd hərbi idarəsinin rəisi Sergey Peretyatkonu yaralayıb.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Xerson hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Rusiya ordusu Stanislavın üzərinədrondan partlayıcılar atıb. Novotroitsk hərbi administrasiyasının rəhbəri Sergey Peretyatkonun getdiyi avtomobil hücuma məruz qalıb.
"O, döş qəfəsindən, qolundan və ayağından yaralar alıb", - deyə Prokudin yazıb.
QAZİLER.AZ