"The Beatles" rok qrupunun həmtəsisçisi Pol Makkartni 1 milyard funt-sterlinq sərvəti (indiki məzənnə ilə 1,27 milyard dollar) olan ilk britaniyalı musiqiçi oldu.
Qaziler.az bildirir ki, “The Times” qəzetinin mayın 16-da dərc etdiyi Böyük Britaniyanın ən varlı adamları siyahısında Ser Pol və həyat yoldaşı Nensi 165-ci yerə yüksəliblər.
Bir il ərzində musiqiçi "Got Back" turu sayəsində sərvətini 50 milyon funt-sterlinq (63,3 milyon dollar) artırıb. Sənətçi qastrol səfərində 35 konsert verib.
O, həmçinin amerikalı müğənni Beyonsun təqdim etdiyi 1968-ci ildə çıxan "Blackbird" mahnısının müəllif hüququ və qapağından gəlir əldə edib.
Ən zəngin britaniyalılar siyahısında birinci yeri hind kökləri olan sahibkarlar ailəsi saxlayıb. Qopi Hinduya və ailəsinin ümumi sərvəti il ərzində 2 milyard funt sterlinqdən (2,53 milyard dollar) çox artıb və nəşr tərəfindən 37,2 milyard funt sterlinq (47,05 milyard dollar) qiymətləndirilib.
QAZİLER.AZ