Fransada güclü yağış daşqınlara səbəb olub

Fransada güclü yağış daşqınlara səbəb olub backend

Fransanın şimal-şərqindəki Mozelle əyalətində yağan güclü yağış nəticəsində bir çox yaşayış məntəqəsi su altında qalıb.

Qaziler.az  bildirir ki, Fransanın Meteorologiya xidməti "Meteo France" Moselle güclü yağışlar səbəbiylə xəbərdarlıq səviyyəsinin gün ərzində "qırmızı" olaraq qalacağını bildirib.

Təxminən 177 rayon və qəsəbənin seldən zərər çəkdiyi bildirilib, əyalətdə yollar nəqliyyatın hərəkətinə bağlanıb.

Xilasedicilər səhər saatlarından su səviyyəsinin qalxması ilə əlaqədar olaraqı 500-dən çox hadisəyə müdaxilə edib.

Daşqından ən çox zərər çəkən yerlərdən biri olan Bulay qəsəbəsi demək olar ki, tamamilə su altında qalıb. "France Actu"ya danışan qəsəbə sakinləri "əvvəllər belə bir daşqın görmədiklərini" deyiblər.

Daxili İşlər Naziri Gerald Darmanin X sosial media hesabında yazaraq Moselle əhalisini ehtiyatlı olmağa və səlahiyyətlilərin xəbərdarlıqlarına əməl etməyə çağırıb.

Sosial mediada yayılan görüntülərdə Mozeldə küçə və küçələrin su altında qaldığıı əks olunub.

QAZİLER.AZ

Diaspora