Kanadada TikTok istifadə etməməyə çağırış edilib

Kanadada TikTok istifadə etməməyə çağırış edilib backend

Kanada Təhlükəsizlik Kəşfiyyatı Direktoru David Vigneault, TikTok sosial media platformasının Çin hökuməti üçün bir məlumat kanalı olduğunu əsas gətirərək istifadə edilməməsinə çağırıb.

Qaziler.az bildirir ki, Kanada Təhlükəsizlik Kəşfiyyatının (CSIS) direktoru David Vigneault CBC News-a verdiyi açıqlamada TikTok haqqında xəbərdarlıq edib.

David Vigneault, TikTok-un Çin hökuməti üçün bir məlumat kanalı olduğu səbəbiylə istifadə edilməməsi lazım olduğunu vurğulayaraq: "Bir direktor olaraq cavabım odur ki, Çin hökumətinin  hər kəsdən şəxsi məlumat almaq üçün çox dəqiq bir strategiyası var", -  deyib.

TikTokdan istifadə etməyi qətiyyətlə heç kimə tövsiyə etmədiyini ifadə edən Vigneault: "Əksər insanlar soruşurlar ki, bir yeniyetmənin məlumatlarına (TikTokda) sahib olması niyə bu qədər vacibdir? Beş ildən sonra, 10 ildən sonra o, gənc yetkin və dünyanın müxtəlif yerlərində müxtəlif fəaliyyətlərlə məşğul olacaq', - deyə qeyd edib.

"Hər hansı səbəbdən (Çin Xalq Respublikasının) hədəfinə çevrilsəniz, onlar sizin haqqınızda çoxlu məlumata sahib olacaqlar", - dedi Vigneault deyib.

QAZİLER.AZ

Diaspora