Cənubi Afrikanın Corc şəhərində tikilməkdə olan çoxmərtəbəli binanın çökməsi nəticəsində 33 nəfər ölüb.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat verib.
Cənubi Afrika Respublikasının Corc Bələdiyyəsindən verilən açıqlamada, bu gündən etibarən dağıntılar altında qalan 62 işçinin hamısının xilas edildiyi, axtarış-xilasetmə işlərinin sona çatdığı bildirilib.
Açıqlamada hadisə nəticəsində 33 nəfərin həyatını itirdiyi qeyd edilib.
Yaralanan 29 işçidən 10-nun xəstəxanada müalicəsinin davam etdiyi, ölən 33 işçidən 2-nin şəxsiyyətinin hələlik müəyyən edilmədiyi bildirilib.
Tikilməkdə olan və uçan çoxmərtəbəli bina şəhərin mərkəzində meriyaya bitişik idi.
QAZİLER.AZ