Xarkov istiqamətində hücum - bu, bufer zonası yaratmaq cəhdidir, Rusiyanın hazırda Xarkovu almaq niyyəti yoxdur.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin Xarbində keçirdiyi mətbuat konfransında deyib.
Putinin sözlərinə görə, Rusiyanın Xarkov istiqamətində hərbi hərəkətləri Ukrayna hakimiyyətinin günahıdır, çünki onlar Belqorod da daxil olmaqla, sərhədyanı ərazilərin yaşayış məntəqələrini atəşə tuturlar.
"Orada mülki insanlar ölür. Hər şey açıq-aydındır. Şəhərin mərkəzini, yaşayış massivlərini atəşə tuturlar".
QAZİLER.AZ