Suriya prezidenti Bəşər Əsəd Moskvaya gəlib. APA TV-nin "Lenta. ru"ya istinadən verilən məlumata görə, Əsəd Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşüb. Məlumatı Putin administrasiyasının mətbuat katibi Dmitriy Peskov təsdiqləyib.
Tərəflər Suriyada antiterror əməliyyatlarını müzakirə edib, terrorçularla mübarizədə Suriya ordusuna dəstəyin davam etdirilməsi, qarşılıqlı münasibətlərin inkişafı barədə danışıblar.Bəşər Əsədin gələcək fəaliyyəti ilə bağlı jurnalistlərin suallarına Peskov cavab verməyib.
Xatırladaq ki, sentyabrın 30-dan Rusiya Suriyada antiterror əməliyyatlarına başlayıb.