Sui-qəsd nəticəsində yaralanan Slovakiyanın baş naziri Robert Fitso ölümlə həyat arasındadır və bu, təkcə ölkəsi üçün deyil, Macarıstan üçün də ağır itkidir.
Qaziler.az bildirir ki, bunu Macarıstan hökumətinin Baş naziri Viktor Orban “Kossuth” radiostansiyasının səhər proqramında çıxışı zamanı deyib.
O xatırladıb ki, slovakiyalı həmkarı bir çox beynəlxalq məsələlər, o cümlədən Ukrayna münaqişəsi ilə bağlı onunla eyni fikirdədir. “Biz Slovakiyanın Baş naziri üçün dua edirik, onun üçün narahatıq və təbii ki, onun sağalmasını və mümkün qədər tez işə qayıtmasını arzulayırıq. İndi Robert Fitso həyatda qalmaq üçün mübarizə aparır, o, ölümlə həyat arasındadır”, - Orban bildirib.
Viktor Orban qeyd edib ki, slovakiyalı nazir sağalsa belə bir neçə işləyə bilməyəcək və bu da Avropanın gələcəyi üçün çox dərəcə əhəmiyyətli olan və qarşıdan gələn tədbirlərlə bağlı məyusedici haldır.
Xatırladaq ki, mayın 15-də Slovakiyanın Gandlova şəhərində keçirilən iclasdan çıxarkən Baş nazir Fitsoya silahlı hücum olub. Baş nazir döş qəfəsindən, qarnından və qolundan güllə yaraları alıb və onun vəziyyəti ağır olaraq dəyərləndirilir.
QAZİLER.AZ