İsrail Türkiyədən gələn mallara 100% rüsum tətbiq etmək istəyir

İsrail Türkiyədən gələn mallara 100% rüsum tətbiq etmək istəyir backend

İsrail Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyət müddəti bitənə qədər Türkiyədən gələn bütün mallara 100% rüsum tətbiq etmək niyyətindədir.

Qaziler.az xəbər verir ki, bu barədə yəhudi dövlətinin maliyyə naziri Bezalel Smotriç bildirib.

“Ərdoğanın səlahiyyət müddətinin sonuna qədər Türkiyədən idxala 100% rüsum. Türkiyədən idxal olunan mallara rüsumların artırılması sionistlərin Ərdoğana uyğun cavabıdır”, - o, özünün “X” səhifəsində yazıb.

Smotriç Türkiyə liderinin Fələstinin radikal HƏMAS hərəkatını müdafiə etməkdə “ön sıralarda” olduğuna əminliyini ifadə edib və Ankaranın əvvəllər İsraillə bütün ticarəti dayandırmaq qərarına gəldiyini xatırladıb.

QAZİLER.AZ