Hindistanda tarlada işləyənləri ildırım vurub, 12 nəfər ölüb

Hindistanda tarlada işləyənləri ildırım vurub,  12 nəfər ölüb backend

Hindistanın şərqindəki Qərbi Benqal ştatında ildırım çaxması nəticəsində azı 12 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

Qaziler.az bildirir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata görə, ölənlər əyalətin paytaxtı Kolkatadan 327 km şimalda yerləşən Malda rayonunda sakinlər tarlalarda işləyərkən qeydə alınıb.

Qeyd edilir ki, Hindistanda ildırım vurması nəticəsində ölənlərin sayı ildə təxminən min nəfər olur.

QAZİLER.AZ

Diaspora