ABŞ-də dini mühafizəkarları trollamaqla tanınan Şeytan Məbədi (The Satanic Temple) məktəblərdə digər dinlərlə bərabər dərs demə hüququnu tələb edib.
Qaziler.az xəbər verir ki, bu barədə məlumatı NBC News yayıb.
Nəşrin məlumatına görə, satanistlər bu imkanı Florida və Texas ştatlarında mühafizəkar qanunvericilərin din xadimlərinin dövlət məktəblərinə getməsinə icazə vermək uğrunda mübarizədə qalib gəlməsindən sonra əldə ediblər.
Özünü “qeyri-teist” adlandıran hərəkat məktəblərdə din xadimlərinin olmamasına üstünlük verəcəyini bildirib. Lakin Şeytan Məbədi də bərabər təmsilçiliyə razıdır.
Məbədin həmtəsisçisi Lyusen Qrivz izah edib ki, onlar bu qanun layihələrini qəbul etsələr, məktəb rayonlarında din xadimləri kimi fəaliyyət göstərən şeytanın xidmətçiləri ilə mübarizə aparmalı olacaqlar. Onun sözlərinə görə, ictimaiyyət bu qanun layihələrinin nəticəsinin nə ola biləcəyini əvvəlcədən bilməlidir.
QAZİLER.AZ