Sevastopolda məktəb və uşaq bağçalarında dərslər ləğv edilib

Sevastopolda məktəb və uşaq bağçalarında  dərslər ləğv edilib backend

Krımın Sevastopol şəhərində elektrik enerjisinin olmaması səbəbindən bütün məktəblərdə, uşaq bağçalarında, o cümlədən kollec və texnikumlarda dərslər ləğv edilib.

Qaziler.az xəbər verir ki, bu barədə şəhərin qubernatoru Mixail Razvojayev “Telegram” kanalında məlumat verib.

Sevastopol rəhbəri aydınlaşdırıb ki, müəllimlər artıq uşaq bağçalarına gətirilən uşaqları valideynləri götürənə qədər onlarla işləməyə davam edəcəklər.

Razvojayevin sözlərinə görə, enerji çatışmazlığı Sevastopol yarımstansiyasına gecə hücumu ilə bağlıdır. Hazırda təmir işləri gedir, təmir təxminən bir gün çəkəcək.

Qeyd edək ki, mayın 17-nə keçən gecə Sevastopol Ukraynaya məxsus pilotsuz təyyarələrin hücumuna məruz qalıb. Razvozhayev bildirib ki, pilotsuz təyyarələr atıcı silahlarla vurulub. PUA-lardan birinin qalıqları Sevastopol yarımstansiyasına düşüb, bundan sonra şəhərdə işıq qismən kəsilib.

QAZİLER.AZ

Diaspora