NATO Ukraynaya qoşun göndərməyi istisna etməyib - FOTO

NATO Ukraynaya qoşun göndərməyi istisna etməyib - FOTO backend

NATO ölkələri ən azı Ukrayna Silahlı Qüvvələrinin üzvlərinə təlim keçmək və onlara dəstək olmaq üçün “nəhayət” Ukraynaya qoşun göndərə bilər.

Qaziler.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən yazır.

“NATO müttəfiqlərindən birində yüksək səviyyəli müdafiə rəsmisi müxbirimiz Pol Makliriyə bildirib ki, onlar Ukraynaya qoşun göndərmək planları olmasa da, bunun ən azı təlim və dəstək kimi baş verəcəyinə inanırlar”, - nəşrin məlumatında vurğulanıb.

Qeyd olunub ki, Ukraynanın Kiyevdəki Silahlı Qüvvələrində kadr çatışmazlığı səbəbindən ukraynalı rəsmilər ABŞ və NATO-dan olan həmkarlarına müraciət edərək “təxminən 150 000 yeni çağırışçının daha sürətli yerləşdirilə bilməsi üçün təlim keçmək” xahişi ilə müraciət ediblər. Qəzet yazır ki, Birləşmiş Ştatlar bundan imtina etsə də, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braun "təlimatçıların göndərilməsinin qaçılmaz ola biləcəyini" söyləyib.

Bundan əvvəl Estoniya parlamentinin Dövlət Müdafiə Komissiyasının sədri Kaleva Stoyçesku NATO qoşunlarının Ukraynaya göndərilməsini istisna etməyib.

QAZİLER.AZ

Diaspora