Meksika prezidenti gənclərə rus ədəbiyyatı oxumağı tövsiyə etdi

Meksika prezidenti gənclərə rus ədəbiyyatı oxumağı tövsiyə etdi backend

Meksika prezidenti Andres Manuel Lopez Obrador gənclər üçün tövsiyə olunan oxu materiallarını, o cümlədən Dostoyevski, Qoqol və Tolstoyun əsərlərinin siyahısını ictimaiyyətə təqdim edib.

Qaziler.az xəbər verir ki, siyahıya keçid dövlət başçısının “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.

“Gənclərin diqqətinə! “TikTok”a və sosial şəbəkələrə hörmətlə yanaşırıq, heç nə yaxşı kitab oxumaqdan üstün ola bilməz”, - o vurğulayıb.

Dövlət başçısı sosial şəbəkədəki yazısını Meksikada gənclərin oxuması tövsiyə olunan ədəbiyyat siyahısına internet keçidi ilə müşayiət edib. Siyahıya digərləri ilə yanaşı, Qoqolun “Taras Bulba”, Dostoyevskinin “Cinayət və cəza”, Tolstoyun “Hərb və sülh” əsərləri daxildir.

Bundan əlavə, siyahıda Leninin “Dövlət və İnqilab” əsərini, həmçinin Nikkolo Makiavellinin “Şahzadə” traktatı, “Yeni Dövr” kimi əsərlərini tapa bilərsiniz.

QAZİLER.AZ

Diaspora