Çində Şoyqunu liderlər arasındakı danışıqlara buraxmaq istəməyiblər

Çində Şoyqunu liderlər arasındakı danışıqlara buraxmaq istəməyiblər backend

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu ölkə prezidenti Vladimir Putinlə Çin Xalq Respublikasının sədri Si Cinpin arasındakı danışıqlara qatılmasına icazə vermək istəməyiblər.

Qaziler.az bildirir ki, bu barədə “Kommersant”ın müxbiri Andrey Kolesnikov xəbər verib. Onun sözlərinə görə, təşkilatçıların sabiq müdafiə nazirinə içəri keçmək hüququ verən döş nişanı ilə bağlı problemləri olub.

“Onlar cənab Şoyqunu ümumiyyətlə iclasa  buraxmaq istəmirdilər. Nümayəndə heyətinin üzvlərindən söhbət gedəndə keçid hüququ verən döş nişanı təşkilatçıları nədənsə qane etməyib”, - deyə jurnalist bildirib.

Kolesnikov əlavə edib ki, vəziyyət dərhal həll olunmayıb. Şoyqu danışıqlara buraxılana qədər parlamentdə bir-iki dəqiqə deyil, bir xeyli gözləmək məcburiyyətində qalıb.

QAZİLER.AZ

Diaspora