Braziliya prezidenti Luiz İnasio Lula da Silva iyunda İsveçrədə Ukrayna ilə bağlı keçiriləcək konfransa getməyəcək.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə prezident administrasiyasından bildirilib. Onun G7-yə üzv ölkələrin görüşü üçün İtaliyaya səfər etmək məsələsi müzakirə olunur.
“Lula da Silva Ukrayna sammitində iştirak etməyəcək”, - xəbərdə deyilib.
Ukrayna üzrə konfrans iyunun 15-16-da İsveçrənin Luzern şəhəri yaxınlığında keçiriləcək. Rusiya sammitə qatılmayacaq.
QAZİLER.AZ