NATO Ukraynaya silah tədarükünün Rusiyanın hücumunun qarşısını alacağına əmin deyil

NATO Ukraynaya silah tədarükünün Rusiyanın hücumunun qarşısını alacağına əmin deyil backend

Ukraynaya lazımi hərbi yardımın göstərilməsi Rusiya qoşunlarını cəbhədə hücum hərəkətlərindən çəkindirə bilməz.

Qaziler.az RBK-Ukrayna-ya istinadən bildirir ki, bu barədə NATO Hərbi Komitəsinin rəhbəri, admiral Rob Bauer Ukrayna-NATO Şurasının iclasının yekunlarına dair keçirdiyi mətbuat konfransına deyib.

Bauerin sözlərinə görə, "anlamaq lazımdır ki, bizim bütün bu elədiklərimiz rusiyalıların nəsə etməklərinə mane olmayacaq".

"Bizim edə biləcəyimiz şey Ukrayna Silahlı Qüvvələrinin mümkün qədər hazır olmasına və Rusiyanın istənilən hücumuna tab gətirmək üçün lazımi avadanlıq və sursata malik olmasına əmin olmaqdır", - admiral bildirib.

Onun fikrincə, Rusiya qüvvələrinin saxlanılması artıq “keçmişdə qalıb”, çünki Rusiya artıq genişmiqyaslı işğal edib və müharibə artıq 813 gündür ki, davam edir.

QAZİLER.AZ

Diaspora