Sloveniyaya görünməmiş qaçqın axını: hökumət hərəkətə keçdi

Sloveniyaya görünməmiş qaçqın axını: hökumət hərəkətə keçdi backend

Ötən gün Serbiya sərhədini keçəndən sonra Xorvatiya hökumətinin qərarı ilə sərhədə kimi gətirilən müharibə qurbanları Sloveniyaya girməyə müvəffəq olublar.

APA TV-nin məlumatına görə, qaçqınların sayı 2 mini keçdiyindən, Sloveniyanın baş naziri Miroslav Cerar vəziyyətə müdaxilə etməli olub.

Baş nazir etiraz edərək bildirib ki, ölkəsi 2 min qaçqının yerləşdirilməsi üçün hazırlıq görüb. Ona görə də bundan artıq müharibə qurbanı qəbul etməyə imkanları çatmır.

Sloveniya hökuməti qaçqın axınının qarşısını almaq üçün polis və hərbi qüvvənin səfərbər olunması barədə təklif hazırlayıb.

Qeyd edək ki, yayılan məlumata görə, Serbiya-Xorvatiya sərhədində 10 mindən çox qaçqın Sloveniyaya keçmək üçün hələ də gözləyir. Əfqanıstan, İraq və Suriyadakı münaqişələrdən qaçan minlərlə insanın məqsədi isə Xorvatiya və Sloveniyadan keçməklə Avstriya və Almaniyaya sığınmaqdır.


Diaspora