NATO Ukraynaya qoşun göndərməyi düşünür, lakin... - "The New York Times"

NATO Ukraynaya qoşun göndərməyi düşünür, lakin... -  "The New York Times" backend

NATO müttəfiqləri Ukraynaya qoşun yeritmək qərarına tədricən yaxınlaşır. Onlardan Ukrayna qüvvələrinə təlim keçmək üçün istifadə olunacaq.

Qaziler.az bildirir ki, bu barədə  "The New York Times" xəbər verir.

Qəzet yazır: “Bu addım əvvəlki qırmızı xəttin növbəti dəfə bulanıqlaşması olacaq və ABŞ və Avropanı birbaşa müharibəyə cəlb edə bilər”.

Jurnalistlər yazır ki, Ukraynanın qoşun yetişdirmək üçün gücü çatmır və Rusiyanın hücumu səbəbindən döyüş meydanında vəziyyət daha da pisləşib. Buna görə də Ukrayna rəsmiləri amerikalı və NATO həmkarlarından 150 000 əsgərin daha sürətli yerləşdirilməsi üçün cəbhə xəttinə yaxın təlim keçməsinə yardım etmələrini xahiş ediblər.

QAZİLER.AZ

Diaspora