ABŞ-da ədviyyatlı tortilla çipsləri yedikdən sonra gözlənilmədən ölən 14 yaşlı oğlanın həddindən artıq acı bibər yeməkdən öldüyü müəyyən edilib.
Keçən il sosial mediada gyayılan və qəfil ölən Massaçusets ştatında 10-cu sinif şagirdi Harris Volobahın yarılma hesabatı əldə edilib.
Məlumata görə, "Paqui" şirkətinin istehsal etdiyi çox ədviyyatlı çipsləri yedikdən qısa müddət sonra xəstələnən Volobah "yüksək miqdarda kapsaisin (acı bibərin aktiv komponenti) istehlakı nəticəsində yaranan qəfil ürək dayanması" nəticəsində dünyasını dəyişib.
Bildirilib ki, uşaqda ürək və ürək əzələ zolağının da böyüməsi var.
Bu arada, sosial mediada başlatdığı "çağırış"da Paqui istehsalçısı istehlakçılardan dünyanın ən acı iki bibərindən əldə etdikləri məhsulu yeyərkən çəkdikləri videoları paylaşmalarını və məhsulu istehlak etdikdən sonra su içməmələrini istəyib.
ABŞ-da ümumi olan bu “çağırış”da iştirak edən onlarla uşaq xəstəxanaya yerləşdirilib.
Son dərəcə acı olan bu məhsula qarşı uşaqlara və gənclərə xəbərdarlıq edilir.
QAZİLER.AZ