Polşanın baş naziri: Slovakiyalı həmkarıma hücumdan sonra ölümlə hədələnirəm

Polşanın baş naziri: Slovakiyalı həmkarıma hücumdan sonra ölümlə hədələnirəm backend

Polşanın baş naziri Donald Tusk dünən Slovakiyanın baş naziri Robert Fikoya silahlı hücumdan sonra ölümlə hədələndiyini açıqlayıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Tusk X hesabında özünə gələn: "Bu gün slovaklar bizə Donald Tuskla nə edilməli olduğuna dair örnək göstərdilər", şərhinin ekran görüntüsünü paylaşıb.

tusk" "Dünən bunlardan çox vardı" ifadəsini işlədib.

“Wirtualna Polska” qəzeti Polşa Dövlət Mühafizə Xidmətinin adı açıqlanmayan bir rəsmiyə əsaslanaraq verdiyi xəbərdə, Slovakiyanın baş naziri Fikoya qarşı sui-qəsd cəhdindən sonra Tuskun mühafizəçi sayının ehtiyat tədbiri olaraq artırılacağı bildirilib.

QAZİLER.AZ

Diaspora