“Avropa İttifaqının xarici işlər nazirləri Rustavelidəki kürsüdən çıxışlarına “Qızılgül İnqilabı”nın xatırlanması ilə başlayırlar, məhz “Qızılgül İnqilabı” Gürcüstanı dünya xəritəsində ən yaxşı şəkildə göstərdi”.
Qaziler.az Gürcüstan mətbuatına istinadən bildirir ki, bu barədə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sosial şəbəkələrdə yazır.
Saakaşvili qeyd edib ki, bugünkü hadisələr və "Qızılgül inqilabı"nın nəsli olan gənclər Gürcüstanı dünya demokratiya və azadlıq mübarizəsinin liderlərindən birinə çevirir.
“Qələbəmizdən sonra Gürcüstan qlobal miqyasda daha vacib olacaq. Tariximizdə heç vaxt olmadığı qədər və bizdən qat-qat böyük və zəngin olan ölkələrin böyük əksəriyyətindən daha vacibdir”, - deyə Mixail Saakaşvili yazıb.
QAZİLER.AZ