İndoneziyanın Makassar şəhərindən Səudiyyə Ərəbistanına zəvvarları aparan sərnişin təyyarəsi havaya qalxdıqdan sonra mühərriklərindən birinin alışması nəticəsində təcili eniş edib.
Qaziler.az bildirir ki, yerli mətbuatın verdiyi məlumata görə, ölkənin ən böyük hava yolları şirkətlərindən biri olan Garuda İndoneziyaya məxsus təyyarənin mühərriklərindən biri 450 sərnişin və 18 nəfərlik heyətlə havaya qalxdıqdan az sonra yanıb.
Zəvvarları daşıyan "Boeing 747-400" tipli təyyarə alovlar müşahidə edildikdən sonra Makassar hava limanına məcburi eniş edib.
Təyyarədə olan 468 nəfər xəsarət almadan xilas edilib.
Dini İşlər Nazirliyinin sözçüsü Anna Hasbie hadisədən sonra toplantı keçirdiklərini və məsələ ilə bağlı aviaşirkət rəsmilərinə xəbərdarlıq etdiklərini bildirib.
QAZİLER.AZ