Zelenski: Xarkovu itiririk

Zelenski:  Xarkovu itiririk backend

Ukrayna yaxın vaxtlarda əlavə iki “Patriot” hava hücumundan müdafiə sistemi almasa, Xarkov şəhərini itirmək riski ilə üzləşir.

Qaziler.az bildirir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Amerikanın ABC telekanalına müsahibəsində deyib.

“Bizə iki Patriot sistemi lazımdır. Əgər onlar bizdə olsa, Rusiya Federasiyası Xarkovu işğal edə bilməyəcək”, - deyə dövlət başçısı bildirib.

O əlavə edib ki, hazırda Xarkov vilayətində son dərəcə ciddi vəziyyət mövcuddur. Onun sözlərinə görə, Kiyev Xarkov üzərində nəzarəti itirməyə tab gətirə bilməz.

Mayın 14-də Kiyevdə Ukrayna lideri ilə Amerikanın dövlət katibi Entoni Blinken arasında ikitərəfli görüş baş tutub. Danışıqlar zamanı Zelenski xarici rəsmiyə döyüş meydanındakı, o cümlədən Xarkov vilayətindəki vəziyyət barədə danışıb. Eyni zamanda o vurğulayıb ki, Xarkovu qorumaq üçün ölkə ordusuna daha iki “Patriot” kompleksi lazımdır.

Bununla belə, Blinken Vaşinqtonun Kiyevi əlavə hava hücumundan müdafiə sistemləri ilə təmin etməyə hazır olub-olmaması ilə bağlı Zelenskiyə dəqiq cavab verməyib.

QAZİLER.AZ

Diaspora