"Fitsonun vəziyyəti ağır olaraq qalır" - Slovakiyanın Müdafiə Nazirliyi

"Fitsonun vəziyyəti ağır olaraq qalır" - Slovakiyanın Müdafiə Nazirliyi backend

Həkimlər bir gün əvvəl silahlı hücum nəticəsində yaralanan Slovakiyanın baş naziri Robert Fitsonun vəziyyətini stabilləşdirə bilsələr də, vəziyyət çox ciddi olaraq qalır.

Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu məlumatı Slovakiya Müdafiə Nazirliyinin rəhbəri Robert Kaliniak paylaşıb.

"Fitsonun vəziyyəti ağır olaraq qalır. Onun həyatının təhlükədə olmadığını deyə bilmərik", - deyə nazir bildirib.

Onun sözlərinə görə, həkimlər yaralı siyasətçinin səhhətinin yaxşılaşdırılması üçün hər cür səy göstərirlər.

O, baş nazirə dəyən güllə yaralarının ciddi olduğunu vurğulayıb.

Xatırladaq ki, mayın 15-də Robert Fitso Slovakiya Nazirlər Kabinetinin Gandlov şəhərində keçirilən iclasdan sonra sui-qəsd nəticəsində yaralanıb.

QAZİLER.AZ

Diaspora