Avropa Komissiyası “Instagram” və “Facebook”la bağlı araşdırmaya başlayıb

Avropa Komissiyası “Instagram” və “Facebook”la bağlı araşdırmaya başlayıb backend

Avropa Komissiyası Amerikanın “Meta” korporasiyasının şirkətin azyaşlı istifadəçilərin “Instagram” və “Facebook” sosial şəbəkələrinə aludəçiliyindən kommersiya məqsədləri üçün istifadə edib-etmədiyini öyrənmək üçün araşdırmağa başlayıb.  

Qaziler.az bildirir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Komissiya “Meta” xidmətlərinin yetkinlik yaşına çatmayan istifadəçilərdə onların psixi sağlamlığına təhlükə yarada biləcək davranış asılılığı yarada biləcəyindən narahatlığını ifadə edib. Əgər pozuntular təsdiqlənərsə, şirkət ötən il 135 milyard dollar təşkil edən qlobal gəlirinin 6%-i qədər cərimələnə bilər.

Meta uzun müddətdir ki, məhsulları və tövsiyə alqoritmləri uşaqlarda asılılığı təşviq etdiyinə görə tənqidlərlə üzləşib. Keçən oktyabr ayında ABŞ-ın 30-dan çox ştatı şirkəti istehlakçıların hüquqlarının müdafiəsi qanunlarını pozan “yeniyetmələri mənfəət əldə etmək üçün güclü və görünməmiş texnologiyadan” istifadə etməkdə ittiham edib.

QAZİLER.AZ

Diaspora