Rusiyada müəllimləri təhqir edənlərlə bağlı ÇAĞIRIŞ

Rusiyada müəllimləri təhqir edənlərlə bağlı  ÇAĞIRIŞ backend

Rusiya Dövlət Dumasının deputatı Yana Lantratova hökumət başçısı Mixail Mişustinə müraciətində İnzibati Xətalar Məcəlləsinə “Müəllimi təhqir etmə” maddəsinin əlavə edilməsini təklif edib.

Qaziler.az bildirir ki, bu barədə RT məlumat yayıb.

Qeyd olunur ki, o, hüquqi şəxslər üçün belə bir hərəkətə görə cərimənin 700 min rubla qədər artırılmasını təklif edib. Vətəndaşlar üçün bu məbləğ 20 min rubla qədər ola bilər.

“Rusiyanın İnzibati Xətalar Məcəlləsinə professor-müəllim heyətini təhqir etməyə görə inzibati məsuliyyətin artırılmasını nəzərdə tutan yeni tərkiblə əlavə edilməsi təşəbbüsünün məqsədəuyğunluğunu nəzərdən keçirin və bu məsələ ilə bağlı Rusiya Federasiyası hökumətinin mövqeyini təqdim edin”, - deyə müraciətdə bildirilir.

Eyni zamanda, Lantratovanın fikrincə, bu qanun pozuntusu ilə bağlı hər bir faktın hərtərəfli araşdırılması və sübuta yetirilməsi vacibdir. O, əlavə edib ki, Rusiya İnzibati Xətalar Məcəlləsinin yeni normasının qəbulu təhsil prosesinin iştirakçılarına qarşı sui-istifadələrə, həddi aşmağa və təzyiqlərə səbəb olmamalıdır.

QAZİLER.AZ

Diaspora