Ötən gün sui-qəsd cəhdinə məruz qalan Slovakiyanın Baş naziri Robert Fitso hələ aprel ayında hökumət rəsmilərindən birinə qarşı mümkün zorakılıqdan qorxduğunu açıqlayıbmış.
Bu barədə siyasətçi öz “Facebook” hesabında məlumat verib.
“Küçələrdə hökumətə qarşı lənət dolu ifadələr səslənir və mən, sadəcə olaraq, (müxalifət mediasında) intensiv şəkildə dərinləşən bu məyusluğun aparıcı dövlət siyasətçilərindən birinin qətlinə çevrilməsini gözləyirəm”, - Fitso paylaşımında bildirib.
O, həmçinin qeyd edib ki, proqressiv media öz tərəfdarlarını kobud və aqressiv olmağa təşviq edir.
Xatırladaq ki, mayın 15-də baş nazirə yaxın məsafədən atəş açılıb. Hadisədən sonra xəstəxanaya çatdırılan Fitsonun qarnından, sinəsindən və əlindən xəsarət aldığı bildirilib.
Mənbə: Gazeta.ru / Oxu.az