Rusiya Prezidenti Vladimir Putinin Çinə dövlət səfəri başlayıb.
Qazilər.az xəbər verir ki, Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə Rusiya Prezidenti Vladimir Putinin görüşü olub.
Si Cinpin Vladimir Putini salamlayıb, növbəti dəfə Rusiya prezidenti seçilməsi münasibəti ilə onu təbrik edib. Putin isə bildirib ki, Çin ticarət-iqtisadi sahədə Rusiyanın əsas tərəfdaşıdır: “2023-cü ildə ikitərəfli ticarət dövriyyəsi 227 milyard dollara çatıb”.
Artıq liderlər arasında məhdud tərkibdə görüş başlayıb. Bu, Vladimir Putinin yeni prezidentlik müddəti başlayandan bəri ilk xaricə səfəridir.
Qeyd edək ki, Rusiya Prezidentinin Çinə dövlət səfəri 2 gün davam edəcək.