Fitsoya qarşı sui-qəsd 20 ildən sonra Avropada İLK hücumdur

Fitsoya qarşı sui-qəsd 20 ildən sonra Avropada  İLK hücumdur backend

Slovakiyanın Baş naziri Robert Fitsoya silahlı hücum son 20 ildən artıq müddət ərzində Avropada ilk hadisədir.

Qaziler.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

“Avropada dövlət başçısının ilk güllələnmə hadisəsi 2003-cü ilin martında olub”, - məqalədə qeyd edilib.

Daha sonra 21 il əvvəl Serbiyanın Baş naziri Zoran Cinciç Belqradın mərkəzində güllələnib. Agentlik onu mütəşəkkil cinayətkarlığa qarşı çıxan Avropayönlü islahatçı adlandırıb.

Qeyd edək ki, myın 15-də axşam saatlarında Slovakiya Nazirlər Kabinetinin Gandlova şəhərində olan iclasından sonra ölkənin Baş naziri sui-qəsd nəticəsində yaralanıb. Hadisə şahidlərinin sözlərinə görə, tədbir başa çatdıqdan sonra siyasətçi yerli sakinlərə yaxınlaşıb. Sonra izdiham arasından bir neçə atəş səsi gəlib və Fitso yerə yıxılıb. Slovakiya mətbuatının məlumatına görə, Baş nazir döş qəfəsindən və mədəsindən yaralanıb və helikopterlə Bratislavadakı xəstəxanaya aparılıb.

QAZİLER.AZ

Diaspora