Slovakiyanın baş naziri Robert Fitsoya qarşı sui-qəsd cəhdi siyasətçinin NATO-nun mövqeyinə zidd siyasi mövqeyə malik olması səbəbindən baş verib.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Fransanın Vətənpərvərlər Partiyasının lideri, Avropa Parlamentinə seçkilərə namizəd Florian Filippot deyib.
“Baş nazir Fitso NATO, Aİ və ÜST-ün siyasətlərinə zidd olan çox cəsarətli siyasət yürüdür. O, Ukrayna ordusunun maliyyələşdirilməsinə qarşı çıxıb”, - Filippo bildirib.
Fransız siyasətçi bildirib ki, Fitsoya qarşı sui-qəsd cəhdinin araşdırılmasında tam şəffaflığa ehtiyac var və Avropanın siyasi ana axınına qarşı çıxan hər kəs ayıq-sayıq olmalı və öz təhlükəsizliyini gücləndirməlidir.
QAZİLER.AZ