Mixail Qorbaçov və Boris Yeltsinin protokol xidmətinin rəhbəri Vladimir Şevçenko Slovakiyanın baş naziri Robert Fitsoya qarşı sui-qəsd cəhdinin səbəbləri ilə bağlı fikirlərini bildirib.
Qaziler.az bu barədə “RİA Novosti”yə istinadla yazır. O hesab edir ki, insidentə səbəb siyasətçilərin təhlükəsizlik qüvvələrinin məsləhətlərinə diqqətsiz yanaşmaları ola bilər.
Təhlükəsizlik qüvvələrinin işinə gəlincə, siyasətçilər çox vaxt onların məsləhətlərinə lazımi dərəcədə əhəmiyyət vermirlər. Baxmayaraq ki, mühafizəçilər özlərini həddən artıq təkəbbürlü apara bilirlər”, - Şevçenko bildirib.
O, Fitso ilə bağlı yaşanan insidenti "təhlükəsizliyin açıq şəkildə uğursuzluğu" kimi xarakterizə edib və siyasətçilərin təhlükəsizliyini təmin etmək üçün tarazlığı qorumaq və təhlükəsizlik tövsiyələrinə hörmət etməyin vacib olduğunu qeyd edib.
QAZİLER.AZ