Zelenskinin Slovakiyanın Baş nazirinə qarşı sui-qəsdə REAKSİYASI

Zelenskinin Slovakiyanın Baş nazirinə qarşı sui-qəsdə  REAKSİYASI backend

Ukrayna prezidenti Volodimir Zelenski Slovakiyanın baş naziri Robert Fitsoya qarşı hücumu dəhşətli sui-qəsd cəhdi adlandırıb.

Qaziler.az xəbər verir ki, bu barədə Zelenski “Twitter” səhifəsində (“X”) yazıb. O, həmkarına sağalmasını arzulayıb və Slovakiya xalqı ilə həmrəy olduğunu bildirib.

“Biz qonşu tərəfdaş dövlətimizin hökumət başçısına qarşı bu zorakılıq aktını qətiyyətlə pisləyirik. Zorakılığın heç bir ölkədə, formada və ya sahədə normaya çevrilməməsi üçün hər cür səy göstərilməlidir”, - Zelenski yazıb.

QAZİLER.AZ

Diaspora