Slovakiya baş nazirini güllələyən şəxsin kimliyi bəlli oldu

Slovakiya baş nazirini güllələyən şəxsin kimliyi bəlli oldu backend

Slovakiya baş nazirinə atəş açan şəxsin 71 yaşlı yazıçı Yuray Sintulanın olduğu məlum olub.

O, liberal “Proqressiv Slovakiya” partiyasının tərəfdarıdır.

Sintula sosial şəbəkələrdə solçulara, son illərdə isə şəxsən Fitsoya nifrətini açıq şəkildə ifadə edib.

Hazırda Fitso əməliyyat olunur. Onun partiyasının nümayəndələrinin fikrincə, qarşıdakı saatlar həlledici olacaq.

Sui-qəsd cəhdi ilə əlaqədar Slovakiya Prezidenti Peter Pelleqrini xarici səfərini yarımçıq qoyaraq vətəninə qayıdır.

Mənbə: Shot / Oxu.az

Diaspora