Sui-qəsd nəticəsində yaralanmış Slovakiyanın Baş naziri Robert Fitsonun vəziyyəti ağır qiymətləndirilir və bu səbəbdən o, təcili olaraq Banska-Bistritsa şəhərinə aparılacaq.
"Report" xəbər verir ki, bu barədə onun sosial şəbəkədəki rəsmi səhifəsində məlumat verilib.
Qeyd edək ki, Slovakiyanın Baş naziri Robert Fitso kabinetin iclasından sonra baş verən atışmada yaralanıb.