Ukrayna hakimiyyəti ABŞ-ı Rusiyaya zərbələr endirmək üçün Amerika istehsalı olan silahlardan istifadəyə qoyulan qadağanı ləğv etməyə məcbur etmək üçün yeni səylər göstərir.
Qaziler.az bildirir ki, bu barədə “Politico” məlumat yayıb.
Bir qrup ukraynalı parlamentari məsələ ilə bağlı Konqresdən kömək istəmək üçün bu həftə Vaşinqtondadır.
Onların fikrincə, Kiyev Rusiyanın sərhəddə yerləşən hərbi anbarlarına zərbələr endirmək istəyərkən, Ukraynanın hərbi səylərinə mane olur.
ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya uzaqmənzilli silahlar göndərərək, onların Rusiya ərazisi daxilində zərbələr endirmək üçün istifadə edilə bilməyəcəyini bildirib.
"İndi əsas problem Ağ Evin Rusiya daxilində hərbi hədəflərə zərbə vurmaq imkanlarımızı məhdudlaşdırmağa yönəlmiş siyasətidir" dedi "Xalqın xidmətçisi" fraksiyasının rəhbəri David Araxamiya deyib.
Rusiya bu məhdudiyyəti yaxşı anlayır və ABŞ-ın tədarük etdiyi uzaqmənzilli taktiki raket sistemləri tərəfindən vurulmasından qorxmadan ən azı 30 min əsgər və texnikanı sərhəddə yerləşdirə bilib.
İki ABŞ rəsmisi Bayden administrasiyasının siyasətinin dəyişmədiyini təsdiqləyib.
QAZİLER.AZ