Fransada Fələstinə dəstək verən 5 tələbə saxlanılıb

Fransada Fələstinə dəstək verən 5 tələbə saxlanılıb backend

Fransanın iki şəhərlərində Fələstinə dəstək aksiyası zamanı 5 tələbə saxlanılıb.

Qaziler.az bildirir ki, Fransadakı "Solidaires Etudiantes Rennes" tələbə həmkarlar ittifaqının X hesabında paylaşılan açıqlamaya görə, Fələstinə dəstək verən tələbələr dünən və bu gün səhər Rennes Universitetinin Beaulieu Kampusunda çadırlar quraraq etiraz ediblər.

Polis kampusa gələrək digər tələbələrə vərəqələr paylayan fələstinli tərəfdarların işinə müdaxilə edib.

Yağış yağmasına baxmayaraq polis tələbələrin əşyalarını atıb, çadırları söküb və fəalların dağılışmasını tələb edib.

Polis burada aksiya keçirən tələbələrdən bir neçəsini saxlayıb.

QAZİLER.AZ

Diaspora