Xorvatiya Ukraynanın minalardan təmizlənməsinə kömək edəcək: memorandum imzalanıb

Xorvatiya Ukraynanın minalardan təmizlənməsinə kömək edəcək: memorandum imzalanıb backend

Xorvatiya minalardan təmizləmə məsələlərində Ukraynaya kömək edəcək. Ölkənin müvafiq memorandumu çərşənbə axşamı, mayın 14-də imzalanıb.

Qaziler.az bildirir ki, bu barədə  Ukraynanın Minalardan Təmizləmə, Mülki Mühafizə və Ətraf Mühitin Təhlükəsizliyi Baş İdarəsinin Facebook səhifəsində  məlumat verilib.

Qeyd olunduğu kimi, memorandum Ukraynanın Minalardan Təmizlənməsi üzrə Mükəmməllik və Ətraf Mühitin Təhlükəsizliyi Mərkəzi ilə Xorvatiya Mina Təmizləmə Mərkəzi arasında BMT-nin Minalardan Təmizləmə üzrə Milli Direktorları və məsləhətçilərinin Cenevrədə keçirilən 27 illik beynəlxalq toplantısı çərçivəsində imzalanıb.

Qeyd olunur ki, Rusiyanın Ukraynaya müdaxiləsi və aktiv hərbi əməliyyatlar nəticəsində Ukrayna ərazisinin dörddə birindən çoxu mina və partlayıcı maddələrlə çirklənib.

QAZİLER,AZ

Diaspora