Gürcüstanda avropalı siyasətçilər mitinqdə xarici agentlər haqqında qanunun əleyhinə çıxış ediblər

Gürcüstanda avropalı siyasətçilər mitinqdə xarici agentlər haqqında qanunun əleyhinə çıxış ediblər backend

Almaniya və Litva deputatları Mixael Rot və Ziqimantas Pavilenis Tbilisidə Gürcüstan parlamenti yaxınlığında keçirilən xarici agentlər haqqında qanuna qarşı keçirilən mitinqdə çıxış ediblər.

Qaziler.az bildirir ki, bu barədə "Sputnik Gürcüstan" Telegram-da məlumat yayıb.

Deputatların mitinqdə çıxış edərək etirazçılara dəstək verdiyi bildirilir. Onların çıxışı alqışlarla qarşılanıb.

Avropalı deputatların hərəkətlərini Gürcüstanın baş naziri İrakli Kobaxidze şərh edib. “Xarici siyasətçilər birbaşa siyasi səhnəyə çıxırlar, baş verənlərin miqyasını təsəvvür edin. Təbii ki, onların Gürcüstanın daxili siyasətinə kənardan müdaxilə etməyə cəhd etməsi yolverilməzdir”.

QAZİLER.AZ

Diaspora