Ukrayna prezidenti Vladimir Zelenski hazırda mühüm hərbi əməliyyatların aparıldığı ərazilərdə olan Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin hesabatını dinləyib.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna dövlət başçısının axşam çıxışına istinadən xəbər verir.
Zelenskinin sözlərinə görə, Sırski hazırda ən çətin olan Donetsk və Xarkov vilayətlərindəki vəziyyət barədə məlumat verib.
"O (Sırski - red.) əsas döyüş yerlərindədir - briqadalarla işləyir, döyüş mövqelərindədir, nəticə çıxarmaq hələ tezdir, lakin vəziyyət nəzarətdədir", - prezident vurğulayıb.
O qeyd edib ki, ukraynalı müdafiəçilər hələ də irəliləməyə çalışan düşməni məhv etməkdə davam edirlər.
Ukraynanın dövlət başçısı bildirib ki, Ukrayna bir neçə istiqaməti, o cümlədən Xarkovu gücləndirib.
Zelenski aydınlıq gətirib ki, ukraynalı müdafiəçilər Xarkov vilayətini əzmlə müdafiə edir. Prezident səmərəli fəaliyyətlərinə görə onlara təşəkkür edib.
QAZİLER.AZ